ONN MEDİA

Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA

Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA
11 Mart 2019 - 12:55

Bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunur.
 
Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi.
 
Lakin bu əsasla bir çox sənətlarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi.
 
Rasim Balayevin verdiyi açıqlamaya isə qarşı tərəfdən reaksiya bildirilmədi.
 
ONN media xəbər verir ki, bu gün bizimyol.info Rasim Balayevlə əlaqə saxlayıb və ona “sizin verdiyiniz açıqlamaya baxmayaraq qarşı tərəfdən heç bir reaksiya verilmədi. Əvəzində bir çox sənətkarlar isə Şəfiqə Məmmədovanı dəstəklədi” deyə sual ünvanlayıb. Xalq artisti açıqlamasında Şəfiqə Məmmədovadan üzr istədiyini bildirib.
 
“Xahiş edirəm bu məsələyə son qoyun. Mənim dost qazanan vaxtımdır, düşmən qazanan yox. Mən səhvimi başa düşdüm. Səhv eləmişəm, zəng etdim Şəfiqə Məmmədovadan üzr istədim. Ondan məni bağışlamasını istədim. Biz barışmışıq, xahiş edirəm bunula bağlı daha saytlar mənə zəng etməsinlər. Biz uzun illər bir yerdə işləmişik. Əsəbi vaxtıma düşüb, pis danışmışam. İnsanıq, səhv olur, əsas odur səhvi başa düşəsən”.

ONN informasiya agentliyi

image_print Çap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP