ONN İnformasiya Agentliyi

“Solğun çiçəklər” əsərinin premyerası olub

“Solğun çiçəklər” əsərinin premyerası olub
02 May 2019 - 20:21

Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi münasibətilə aprelin 30-da dramaturqun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. 

ONN media  xəbər verir ki, tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Ümid Mirzəyev, C.Cabbarlı ocağının yadigarları , onun nəvələri – C.Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, vaxtilə C.Cabbarlının müəllimi olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi, onun adını daşıyan ev-muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı Bəhruz Vaqifoğlu və digər qonaqlar iştirak edib.

Tədbir kollecin foyesindən C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən səyyar- sərginin nümayişi, ədibin şeirlərinin ayrı-ayrı tələbələr tərəfindən ifa olunması və Kollecin 100 illiyinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərginin təqdimatı ilə başlanıb. Daha sonra Kollecin akt zalında “Mizan” tələbə-dram dərnəyinin ifasında “Solğun çiçəklər” tamaşası nümayiş olunub.

Tədbirin axırında qonaqlar çıxış edərək tamaşa haqqında təəssüratlarını bölüşüblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png