ONN İnformasiya Agentliyi

Hər mətbəxdə olan xərçəngin 7 düşməni

Hər mətbəxdə olan xərçəngin 7 düşməni
15 Yanvar 2019 - 22:47

Təbiət insana sağlam olmaq, xəstəliklərin qarşısını almaq üçün saysız vasitələr bəxş edib.

Adi su, meyvələr, tərəvəzlər, ədviyyatlar, otlar bizi bir çox xəstəliklərin inkişafından qoruyur.

Qadınlar çox təəccüblənəcəklər bilsələr ki, hər mətbəxdə güclü xərçəng əleyhinə vasitələr tapmaq mümkündür.

ONN media sizə bəzi belə vasitələri təqdim edir

1. Tomat pastası

Likopin maddəsi sayəsində bu məhsul bizi həm xərçəng, həm də ürək-damar sistemi xəstəliklərdən qoruyur.

2. Sarıkök

Son zamanlar dünyada sarıköklə bağlı çoxlu sayda elmi araşdırmalar aparılıb. Bu araşdırmalar sarıkökün çoxsaylı müalicəvi xüsusiyyətlərini aşkar edib. Güclü virus, mikrob və iltihab əleyhinə təsirə malik olan sarıkök həmçinin xərçəng xəstəliklərinin riskini də azaldır.

3. Qara istiot

Bu ədviyyatın da güclü iltihab və xərçəng əleyhinə xüsusiyyətləri var. Mütəxəssislər qara istiotu sarıköklə birlikdə istifadə etməyi tövsiyə edirlər. Bu zaman onların orqanizmə olan müsbət təsiri daha da güclənir.

4. Çay

Bəli, hər gün içdiyimiz adi çay tərkibində olan katexinlər sayəsində orqanizmə xərçəng əleyhinə təsir edir.

5. Mixək

Bu ədviyyatın tərkibində olan evgenol maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.

6. Sarımsaq

Sarımsağın tərkibində olan kükürd birləşmələrinin  bir çox faydalı xüsusiyyətləri var. Bu birləşmələ o cümlədən orqanizmə xərçəng əleyhinə təsir edir.

7. Göyərti

Antioksidantlarla olduqca zəngin olan tərəvəzlər orqanizmi bir çox xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur. Qida mütəxəssisləri hər gün təzə göyərti yeməyi tövsiyə edirlər. (saglamolun)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png