ONN media oxucularına Siroplu tortun hazırlanma qaydasını təqdim edir:
– 2 yemək qaşığı kakao tozu
– 1 paket qabartma tozu
– 1 paket vanil
– 3 ədəd yumurta
– 2 çay stəkanı dolusu şəkər kirşanı
– 2 çay stəkanı dolusu un
– 2 xörək qaşığı nişasta (qarğıdalı və ya kartof unu)
Kremi üçün:
– 1 paket kakaolu, çiyələkli və ya bananlı pudinq
– 750 qram süd- 2 paket krem şanti (istəyə görə müxtəlif meyvələrdə ola
bilər)
– Krem şanti üçün 2 çay stəkanı süd, (keksi islada bilmək üçün 1 çay stəkanı süd və 1 yemək qaşığı şəkər tozu)
Hazırlanma qaydası:
– Yumurtaları və şəkəri geniş bir qabda mikserlə yaxşıca qarışdırın. Digər ərzaqları da əlavə edib qarışdırmağa davam edin.
– Bütün ərzaqları qarışdıqdan sonra xəmir halına gəlmiş qarışığı, yağlı kağızla örtülmüş soba sinisinə tökün.
– Keksi bişməsi üçün sobaya qoyun və kremini hazırlamağa başlayın.
– Pudinq üçün lazımlı olan südü bir qazana töküb və içərisinə pudinq boşaldın. Qaynayana qədər qarışdıraraq bişirin.
– Pudinq bişincə bir kənara qoyun, bir paket krem şantini əlavə edib mikserlə yaxşıca qarışdırın.
– Digər krem şanti və südü də bir qabda yaxşıca qarışdırıb soyuducuda gözləməyə qoyun.
– Keks bişincə süd və şəkərlə isladın. Arasını açıb, pudinqin yarısını əlavə etdikdən sonra qalan yarısı ilə də üzərini örtün. Soyuducudakı krem şanti ilə də üzərini bəzəyib tortu təkrar soyuducuya qoyun.
– Soyuducuda ən az 3 saata qədər saxladıqdan sonra yaş tortu çayla süfrəyə verin.