ONN İnformasiya Agentliyi

Yumurta haqqında bilinməyən ipucları

Yumurta haqqında bilinməyən ipucları
12 Aprel 2019 - 0:05

Mətbəxlərin vazkeçilməz qidası olan yumurta ən ucuz protein qaynağıdır.

ONN media bildirir ki, tərkibinəki yüksək miqdarda protein sayəsində əzələ və sümüklərin inkişafında ciddi rol oynayır. Kolik maddəsi sayəsində isə yaddaş pozğunluğunun qarşısını alır. Kalorisi az olan yumurta pəhrizlərin də vazkeçilməz qidasıdır və tox tutma xüsusiyyətinə malikdir. Səhər yeməyində, yeməkdə və şirniyyatlarda istifadə olunan yumurtanı sadə və təsirli üsullarla istifadə edə bilərsiniz.

Yumurtanı qaynadarkən 10 dəqiqədən çox ocaqda saxlamamalısınız. 10 dəqiqədən çox bişən yumurta dəmir minerallarını itirir.

Qayğanaq bişirərkən tavaya əlavə etdiyiniz yumurtanın sarısının partlamaması üçün yağına çox az miqdarda sirkə və duz əlavə etməlisiniz.

Yumurtanı qaynadarkən çatlamaması üçün suyunun içinə bir çay qaşığı sirkə əlavə edin. Yumurtaları qaynadarkən kəsməkdə çətinlik çəksəniz isti suya batırılmış bıçaq köməkliyi ilə kəsin. Beləliklə yumurtanı dağılmadan kəsə bilərsiniz.

Qırdığınız yumurtanın ağını istifadə etməyib, saxlamaq istəsəniz bunun üçün ağının üzərinə az miqdarda soyuq su əlavə edin. Bununla yumurtanı daaha sağlam şəkildə saxlaya bilərsiniz.

Çatlaq yumurtanı qaynatmaq üçün onu aliminium folqaya bükün və bu şəkildə qaynadın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png