ONN İnformasiya Agentliyi

Əxlaqlı sürücü olaq

Əxlaqlı sürücü olaq
10 Aprel 2019 - 15:39

Bilman İsaq

Hamımız hər gün səhər evdən cıxıb işə və ya dərsə gedəndə, axşam isə evimizə geri döndükdə nəqliyyat vasitələrindən istifadə edirik.

Belə deyək ki, biz hər gün sürücülərlə qarşılaşırıq və ya özümüz sükan arxasında oluruq. Paytaxtımızın yollarında tıxaclara görə sərnişinlərin və sürücülərin nə qədər “stress” keçirdiklərinin şahidi oluruq.

Mənim də maşınım olduğuna görə, belə hallarla daha tez-tez rastlaşıram. Bütün belə halları yaradan bir neçə amil var ki, bu yazımda bunları sizinlə bölüşmək istərdim.

Birinci amil şəhərimizın mərkəzi küçəlrindən başqa, ətraf rayonlarda bəzi küçələrin bərbad halda olan çala-çuxurlu yollarıdır, ikinci amil marşrutda işləyən böyük həcmli avtobuslardır, üçüncü əsas amil isə bəzi sürücülərin sürücü mədəniyyətinin olmamasıdır, yəni özləridir. 

Səhər işə gələrkən Babək prospektində bir çalaya rast gəldim ki, bu çox təhlükəlidir, çünki maşınlar həmin çalaya hər an düşə bilərlər, hətta düşənlərdə var. Həmən çalaların yeni salınmış yollarda yaranmasının iki səbəbi var:

  Bu çalalar bütün yeni salınmış yollarda əmələ gəlir səbəbləri isə birinci quma mazutun (qırın) normadan az qatılmasıdır ki buda yağış və qarlı havalarda qumu yuyur, çalalar əmələ gətirir, ikinci səbəbi isə yolları salarkən yolların bərkidilməsinə əməl olunmamasıdır ki, buda yolların çökərək kərdilər əmələ gəlməsinə səbəb olur. Belə  salınmış yollardan biri yeni salınmış “Babək prospekti”ndəki yoldur orda yolun “canına hələ isti keçməməsinə” baxmayaraq müxtəlif yerlərdə çökmələr və çalalar yaranıb. Digəri isə Kürdəxanı kəndinə istqamətlənmiş yeni salınan yoldu. Belə yeni salınmış çalalı və dalğalı yolların sayı çoxdur.

Ümid edək ki yeni salınmış yollarımız  standartlara uyğun olacaq, bunun üçün dövlətimiz lazımı qədər vəsait ayırır.

Mənə elə gəlir ki, bütün sürücülər maşının bahalı-ucuz və ya markasından, modelindən asılı olmayraq unutmamalıdırlar ki, bu maşınları idarə edənlər insanlardır, bu insanların isə hamı -sı bir-birinə hörmət və ehtiramla yanaşmalıdır. Sükan arxasında oturanlar bunu unutmamalıdır ki, sürücülük mədəniyyətimiz başqa xalqların mədəniyyətindən daha yüsək olmalıdır.

 Yol kəsişmələrində, yol bölücülərində hər bir sürücü öz xətti üzrə hərəkət etməli, qəza vəziyyəti yaratmamalıdılar, əgər belə olarsa tıxaclar da az olar.  Amma onu da qeyd etmək lazımdır ki, bizim əxlaqlı sürücülərimiz daha çoxdur, bir-birlərinə yol verən, texniki nasazlıq və ya hadisə baş verdiyi zaman dərhal yardım əlini uzadan sürücülərimiz də şükürlər olsun ki, az deyil.

Sürücülərimiz isə gözəlləşən yollarımızda yol hərəkəti qaydalarına əməl edəcək , sürücülük mədəniyyətinə nail olacaqlar.

Hamımız belə olsaq, nə gözəl olar! Gəlin, sadəcə səbirli və əxlaqlı sürücü olaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png