ONN İnformasiya Agentliyi

MƏŞƏDİXANIM NEMƏT -95 DAŞLARI DANIŞDIRAN ALİM

08 Yanvar 2019 - 22:00

Ayrı-ayrı fərdlərin fikri ictimai fikrin müəyyənləşməsinə nəinki təsirsiz qalmır, aparıcı şərtə belə çevrilir. Şəxsiyyətlər haqqında cəmiyyətdə oturuşmuş fikirlər də fərdlərin münasibətindən qaynaqlanır. Mən də bir fərd olaraq bir şəxsiyyət haqqında mülahizələrimi yazıram. Mənim münasibətimi paylaşan insanların çox olduğuna da şübhə etmirəm. Daşları danışdıran alim dedikdə ilk anda göz önünə cüssəli kişi görünüşü gəlir. Çöllərdə, məzarlıqlarda, açıq havada, günəş, yağış altında yorulmadan çalışan kişi. Mənim yazımın qəhrəmanı isə zərif, incə xanımdır. 
Məşədixanım Nemətlə əyani tanışlığım 19 yaşını geridə buraxmışdır. Orta əsr tarixçisi, epiqrafika mütəxəssisi olmadığım halda Məşədixanımla ünsiyyətim ilk əvvəldən uğurlu alınıbdır. Müstəqil mövqeyi olan və mövqeyini bildirməkdən çəkinməyən cəsarətli bir qadın kimi təqdir edirdim. Elmə, biliyə qiymət verən, intizamlı, zəhmətkeş alim kimi dəyərləndirirdim. Haqqının tapdanmasına dözə bilməyən, tələbkar, mübariz vətəndaş kimi qiymətləndirirdim. Muzeydə işlədyi müddətdə Məşədixanım Nemət kollektivin etimadını qazanmış, ali hörmət sahibi olmuşdur. Azərbaycanın, Qafqazın epiqrafik abidələrinə həsr etdiyi bölgələr üzrə kitablarının nəşri bir bayram ovqatı yaradırdı onda. Həmin kitablardan 3-nü mənə bağışlayıbdır. Hədiyyə etdiyi kitabların üzərinə yazdığı ürək sözləri mənim üçün əvəzsiz xatirədir. Məşədixanım müəllimə (ona belə müraciət edirəm, 2 dəfə xanım deməmək üçün) mənim dissertasiya işimin müdafiəsində iştirakı ilə, dediyi xoş sözləri ilə bioqrafiyamda iz qoyan görkəmli şəxsiyyətlərdəndir. Çıxışlarıma (çox zaman radioda dinlədiyi) münasibət bildirməyi unutmurdu. Onun mənə bələd olan fəaliyyət xəttində bir nizam, bir sistem müşahidə etdim. 
Məşədixanım Nemətin illərboyu apardığı tədqiqat işləri Azərbaycana qarşı erməni iddialarını ifşa etmək üçün əsaslı dəlil-sübutdur. Erməni tarixçilərinə gerçək tarixi söyləməyin nümunəsini verən Məşədixanım Nemət prezident Heydər Əliyevin hüzurunda bu xidmətlərini qürurla dilə gətirmişdi. Həmin dövrdə onun bu cəsarətli çıxışı bütün respublikada təqdir edilmişdi. Zabrat qəsəbə bələdiyyəsinin alimin şərəfinə düzənlədiyi ziyafətdə biz bu münasibətin şahidi olduq. El ağsaqqalının, uşağın, böyüyün, cüssəli mənsəb sahiblərinin bu zərif xanımı ayaqüstə alqışladıqlarını məmnuniyyətlə seyr etdik. 
Çox ağır, məşəqqətli bir iş şəraitini özünə ömürlük peşə seçmiş bir qadın artıq təqdimatsız rəy formalaşdırmağa qadirdir: 
«İsti, qızmar günəş altı, uçurumlu dağ yolları,
Qalağanlı və tikanlı, ilan-çilan yurd yerləri.
Uca nərdivan başında bürclər, qala hasarında 
Olmuş iş məskənim mənim, unutmayın bu halları». 
Məşədixanım Nemət məhz belə bir keşməkeşli yolu seçdi, öhdəsindən layiqincə gəldi, ömür imtahanından üzüağ çıxdı. Özünün yazdığı kimi, daşlarla ünsiyyət qurmuş tək-tək adamlardan oldu. Amma yox, çağdaş Azərbaycan tarixinin epiqrafika üzrə Tək alim qadını oldu. Vətən torpaqlarını qarış-qarış gəzmiş, yorulmaz, usanmaz alim qadını kimi yeganə oldu. Əməyinin qiymətini bilir, ona görə də haqsızlığa qarşı üsyan edirdi: 
«Bilməm ki, mən haqqı bizdən alan nədir?….
Buna qiymət verən yoxsa, daha bizə qalan nədir?»
Məşədixanım Nemətin Hicran təxəllüsü ilə çap etdirdiyi şeirlər kitabının xeyli hissəsi haqsızlığa üsyandır. Əgər «Seçib, daşdan tarix yazan, biganəlikdən sarsılır» deyirsə bu yalnız şəxsi etiraz deyil, ictimai xarakterlidir. «Türk baba»sının, «İslam yurdu»nun təəssübünü dəlil-sübutla, əsrlərin daş yaddaşını çözə-çözə çəkən alimin səbirli hayqırtısıdır. Ekspedisiyaların dayanmasını qınayan şeirin hər bəndində tanınmış arxeoloqlarımızın hər birinə fərdi xitab edilir. Azərbaycan arxeologiyasının tədqiqat xəritəsini alimi ilə birgə vəsf edən Məşədixanım özünə məxsus mübarizə yolu seçmiş, tənqid hədəfini şer atəşinə tutmuşdur. Arxiv, nəşriyyat müdirlərini tənbeh edən yazıları da alimin vətəndaş mövqeyinin təsdiqidir, yurd sevgisinin təsbitidir. Elə həmkarı akademik Ziya Bünyadovun xatirəsinə yazdığı mərsiyə də ictimai məzmundadır. «Şəhriyara nəzirə», «Arazla söhbət» və d. bu mövzuda yazdığı şeirlər Cənub həsrətinin dil açmasıdırsa, «Göy-göl», «Qarabağ», «Şeyda Qərənfil» yurdumuzun gözəlliklərini və dərdlərini anlatmaq səyidir. Bir çox şeirlərində Məşədixanım əməyə minnətdarlığını bildirir, kitabları həyatının mənası sayır. 
Məşədixanımın Vətəni bütövdür, tamdır, Azərbaycanın parçalanmayan, qopmayan, bu günkü sərhədlərə sığmayan tarixi yurd elləridir. Azərbaycan daşının olduğu hər qarış onun üçün Vətəndir. 
«Əlimizdə pasportumuz, üzərində yazı olan Vətən daşı, 
Azərbaycan torpağına kim sahibdir, kimdir onun vətəndaşı?…» 
sualının cavabını da özü verir: 
«Ən tutarlı sənəddir bil, babamızın, azərinin məzar daşı». 
Məşədixanımın məhəbbət ünvanlı poeziyası sərt peşə sahibinin incə duyğularından, həssas qəlbindən, sevgi dünyasından doğan şeir Çələngidir. Məşədixanım çoxsəxavətli aşiqdir. Eşq ünvanı da çoxşaxəlidir: Etibara, düz ilqara, işgüzara, əmək sevən yaxşı dosta, xoşrəftara aşiq olan Məşədixanım haqqında təqdimatı bir neçə kəlmə ilə ifadə etmək mümkündürsə:
– İki əsrin canlı, sonrakı əsrlər üçün tarixdə yaşayacaq Azərbaycan alimi!
– Sağlığında klassikləşən epiqrafika mütəxəssisi! 
– Zəhmətdən qorxmayan, özünə inamlı, özünə güvənli mübariz qadın! 
– Azərbaycanı, Cənubi Qafqazı demək olar ki, qarış-qarış gəzmiş tədqiqatçı. 
– Yağışda, küləkdə, istidə, soyuqda çölləri, məzarlıqları dolaşan qadın, peşəsindən usanmayan, işinin vurğunu olan, dəmir iradəli, zərif cüssəli xanım! 
-Savada, zəkaya önəm verən, əməyinin dəyərini bilən elm xadimi!

Firdovsiyyə Əhmədova,
tarix üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Tarix kafedrasının müdiri

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png