ONN MEDİA

5 otaqlı ev kül oldu – QƏBƏLƏDƏ

5 otaqlı ev kül oldu – QƏBƏLƏDƏ
14 Aprel 2019 - 14:40

Qəbələdə yanğın qeydə alınıb.

ONN media -ya FHN-dən verilən məlumata əsasən, rayonun Bayramkoxalı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 48 m² sahədə, eyvanın tavanı 42 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Yüksək temperaturdan birinci mərtəbənin lambirindən ibarət tavanı 72 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP