ONN İnformasiya Agentliyi

Azərbaycanın dağ kəndləri ağ örpəyə büründü – VİDEO

Azərbaycanın dağ kəndləri ağ örpəyə büründü – VİDEO
28 Fevral 2019 - 23:57

Səhər saatlarından yağmağa başlayan qarın qalınlığı 40-50 sm-ə çatıb.

ONN media xəbər verir ki, güclü qar Tovuzun dağ kəndlərinə, xüsusilə də Molla Ayrım, Hacı Həsənli, Kirən, Soflar, Xatıncan və Qalaboyuna gedən əsas yolda sürücülərə çətin anlar yaşadıb.

Əksər yerlərdə isə qarın qalınlığı 20-30 sm təşkil edib. Sürücülər bildirirlər ki, daha çox səhər və axşam saatlarında çətinliklə üzləşirlər. Hava soyuq olduğuna görə yollar buz bağlayır.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 26 nömrəli Yol İstismar İdarəsindən bildirildi ki, hazırda Tovuz-Böyük Qışlaq yolunda vəziyyət daha təhlükəli olduğu üçün orada təhlükəsizlik tədbirləri görülür. Növbəli şəkildə sözügedən yol qum və duz ehtiyatı ilə təmin edilir.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png