ONN İnformasiya Agentliyi

Cəlilabadda məktəbdə GÖRÜN NƏ BAŞ VERİR – Video

Cəlilabadda məktəbdə GÖRÜN NƏ BAŞ VERİR – Video
16 May 2019 - 22:04

Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayıb. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir.

ONN media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sinif otağının döşəməsindən yuxarı qalxan tülkü partaların arasında rahatca gəzir.

Belə ki, tülkü Seyidbazar kənd tam orta məktəbinin 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur.

Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb.

Vəhşi heyvanın balaları dərs prosesinə mane olmasa da, məktəbdə dərs bitəndə həyətə çıxıb oynayırlar. Artıq tülkünün balalarını yemləmək üçün ətraf evlərdəki təsərrüfatlara hücum etdiyi də bildirilir. Məktəbin rəhbərliyi bildirib ki, tülkülər məktəbin zirzəmisindən kənarlaşdırılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png