Cəlilabadda yol qəzası: Yaralılar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.