ONN İnformasiya Agentliyi

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib
09 Aprel 2019 - 12:38

ONN media xəbər verir ki, Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub.

Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər və şəhərin qonaqları iştirak edibər. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tamaşaçılar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış edib. Konsert boyu meydanda Azərbaycanın üç rəngli dövlət rəmzləri dalğalandırılıblar. Şən mahnılar, bir-birindən maraqlı milli rəqslər tamaşaçıların alqışları ilə müşayiət olunublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png