ONN İnformasiya Agentliyi

Lənkəran və Astara sakinlərinin diqqətinə

Lənkəran və Astara sakinlərinin diqqətinə
06 May 2019 - 16:28

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 16-da Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Lənkəranda, nazir müavinləri Toğrul Musayev Lerikdə, Vilayət Zahirov Astarada vətəndaşları qəbul edəcəklər.

Qəbulda həmin rayonlarda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png