ONN İnformasiya Agentliyi

Naxçıvan Qarnizonunda müxtəlif tədbirlər keçirilib

Naxçıvan Qarnizonunda müxtəlif tədbirlər keçirilib
30 Aprel 2019 - 19:32

2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, yarışa daşınan zenit raket komplekslərinin və 23 mm-lik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən ordu aviasiyası cəlb edilib. Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktiki bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.

Bundan başqa, Əlahiddə Ümumqoşun orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilib. Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png