ONN MEDİA

Niyazi Bayramov sakinlərlə görüşüb

Niyazi Bayramov sakinlərlə görüşüb
08 Yanvar 2019 - 12:17

ONN media xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin Bağbanlar yaşayış massivinin sakinləri ilə görüşüb. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşların şikayət və təkliflərini dinlənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən bu tip görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və həll etməkdir.

Şikayətlər əsasən su-kanalizasiya xəttlərinin çəkilməsi, yollardakı asfalt örtüyünün yenilənməsi və işlə təminatla bağlı olub.

Bildirilib ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir. Bununla yanaşı şəhərdəki bir çox küçənin asfalt örtüyü yenilənir, müasir gecə işıqlandırılması qurulur.

Sakinləri narahat edən məsələlərdən biri də yaşayış massivinin bəzi ərazilərində qazın təzyiqinin aşağı olması olub. Bununla yanaşı. Onlar ərazidə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xəttlərinin uzadılmasını xahiş ediblər. Dilə gətirilən şikayət və təkliflərin araşdırılaraq, həll edilməsi ilə bağlı tapşırıqlar verilib.

Səsləndirilən digər problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin araşdırılaraq aradan qaldırılması üçün isə aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.


ONN informasiya agentliyi

image_print Çap Et
Niyazi Bayramov sakinlərlə görüşüb
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP