ONN İnformasiya Agentliyi

Qubada kütləvi zəhərlənmə olub

Qubada kütləvi zəhərlənmə olub
15 İyul 2019 - 13:39

Quba rayonunda kütləvi zəhərlənmə olub.

ONN media xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri – 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü, Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png