ONN İnformasiya Agentliyi

Şərurda keçirilən boks birinciliyində qaliblər müəyyənləşib

Şərurda keçirilən boks birinciliyində qaliblər müəyyənləşib
23 Dekabr 2017 - 11:32

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur rayon bölməsinin təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə rayon birinciliyi keçirilib.

ONN media Naxçıvantv.az-a istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş birincilikdə idmançılar 7 çəki dərəcəsində mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən Məhəmməd Məmmədov, Volkan Allah­verdiyev, İbrahim Hüseynov, Miryusif Seyidov, Məhəmməd Seyidov, Vüsal Zeynalov və Şamo Abdullayev müvafiq olaraq 28, 30, 35, 40, 42, 50 və 65 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Birinciliyin sonunda qaliblərə diplomlar təqdim edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png