ONN İnformasiya Agentliyi

Şamaxıda AĞIR QƏZA – 6 nəfər…

Şamaxıda AĞIR QƏZA – 6 nəfər…
06 Aprel 2019 - 23:20

Şamaxıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində altı xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə saat 12:00 radələrində şəhərin Bəhyəddin Mirzəyev küçəsində baş verib.

Sözügedən küçədə hərəkətdə olan “Chevrolet” markalı minik maşını əks tərəfdən gələn “Hyundai” markalı maşınla toqquşub.

Qəza nəticəsində altı nəfər xəsarət alıb. “Chevrolet”in sürücüsü, Şamaxı sakini Nadir Qədirov və digər avtomobildə olan sərnişin, Rusiya vətəndaşı Nataliya Məlikovanın xəsarətləri ağır olduğundan onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib, cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti kafidir.

Digərlərinin xəsarətləri yüngül olduğundan onlar xəstəxanaya aparılmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png