ONN MEDİA

Şamaxıda vulkandan sonra son vəziyyət

Şamaxıda vulkandan sonra son vəziyyət
13 Fevral 2019 - 14:31

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən ərazidə müşahidələr aparır.

ONN media Trend-ə istinadən xəbər verir ki, şöbənin aparıcı elmi işçisi Orxan Abbasov bildirib ki, vulkanların aktivləşməsinə bu ay ardıcıl baş verən zəlzələlər təsir edib:

“Püskürmə nəticəsində təxminən 2 hektara yaxın əraziyə palçıq yayılıb. Bu vulkan indiyədək 14 dəfə püskürüb. Bu dəfəki püskürmə alovsuz olub və vulkanlar üçün xarakterik olan çatlar baş verməyib”.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Quşçu” vulkanında püskürmə qeydə alınıb. AMEA nəzdində RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun məlumatına görə, püskürmə yerli vaxtla 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP