ONN İnformasiya Agentliyi

Tovuzda leysan yağışlar fəsadlar törədib

Tovuzda leysan yağışlar fəsadlar törədib
20 May 2019 - 13:24

Tovuz rayonunda intensiv yağışlar bəzi ərazilərdə problemlər yaradıb.

Bu barədə ONN media-ya Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayon ərazisində dünən axşam saatlarından başlayan leysan yağışlar bəzi kəndlərdə problemlər yaradıb: “Rayon ərazisində elektrik enerjisi təchizatında bir sıra problemlər yaranıb. Aidiyyəti qurumlara yazılı müraciətlər olunub. “Azərişıq” ASC və digər aidiyyəti qurumlar problemin aradan qaldırılmasına çalışır. Bəzi kəndlərdə artıq elektrik enerjisi bərpa olunub. Problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Hazırda rayon ərazisində vəziyyət yaxşıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png