Xınalıq kəndinə dolu yağdı

İyunun 4-də axşam saatlarında Qubanın dağlıq ərazilərində hava şəraiti kəskin dəyişib, ucqar Xınalıq kəndinə dolu yağıb.

ONN media Azərtac-a istinadən xəbər verir ki, yağıntı təxminən 10 dəqiqə ərzində davam edib.

Dolunun ölçüsü 5-20 millimetr olub.