ONN İnformasiya Agentliyi

“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisi yaşıllaşdırılır

“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisi yaşıllaşdırılır
24 Dekabr 2017 - 1:47

Bu gün ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti ağacəkmə kampaniyası rayonun Məmmədli və Digah kəndlərində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması, mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Yol kənarında təmizlik, abadlıq işləri aparılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu kampaniyada müvafiq təmizləmə (rekultivasiya) işləri aparılıb. Məhəmmədi-Digah avtomobil yolunun ərazisində 200-dən yuxarı kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib, ətraf sahələr məişət tullantılarından təmizlənib, texnika ilə hamarlandırılıb.

Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə rayonun bütün kənd və qəsəbələrində vaxtaşırı ağacəkmə kampaniyası keçirilir, təmizlik və abadlıq işləri aparılır. Son zaman rayonda 10 mindən çox ağac əkilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png