ONN İnformasiya Agentliyi

Zaqatala rayon MKS-də tədbir

Zaqatala rayon MKS-də tədbir
30 Noyabr 2017 - 0:55

Azərbaycan təbiətinin bənzərsiz gözəlliyi var. Təbiət abidələri ilə tanışlıq çox böyük əhəmiyyətə malikdir və bu tanışlıq doğma Vətənə olan sevgimizi daha da artırır.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Ekologiya Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə təşkilatçılığı ilə kitabxanada keçirilən “Azərbaycanın təbiət abidələri” mövzusundakı konfransda səsləndirilib.

Tədbirdə çıxış edən MKS-nin direktoru Gülniyar Məmmədova Azərbaycanın, eləcə də onun dilbər guşələrindən olan Zaqatalanın təbiət abidələrinin zənginliyi ilə daim diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın təbiət abidələrinə maraq həmişə yüksək olub. Konfransın da əsas məqsədi ölkəmizin malik olduğu tarixi və təbiət abidələrini geniş təbliğ etmək, Azərbaycan təbiətinin zənginliyini gənclərə tanıtdırmaqdır.

Konfransda ekologiya üzrə mütəxəssis Zakir Əliyev, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Talehə Muradova, Zöhrab Babayev və başqaları çıxış edərək, Azərbaycanın təbii sərvətlərinin, ekologiyanın qorunmasının vacibliyi, bu sahədə qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png