ONN İnformasiya Agentliyi

Ağciyər xərçənginin 10 əlaməti

Ağciyər xərçənginin 10 əlaməti
21 Fevral 2019 - 10:38

Amerika Onkoloji Xəstələr Birliyinin məlumatlarına görə, ağciyər xərçəngi digər ağciyər xəstəliklərinin simptomları ilə səhv salındığından xəstələr tərəfindən gec mərhələdə aşkarlanır.

ONN media ağciyərdə şiş olmasına şübhə yaradan əlamətləri təqdim edir.

1. Qanlı öskürək

Hər dəfə öskürək tutmaları zamanı bronxlardan qanlı, açıq çəhrayı və ya rəngini dəyişmiş bəlğəm gəlirsə, təcili həkimə getməlisiniz.

2. Səbəbsiz arıqlama

Qısa müddətdə çəki itirilməsi xərçəngin əlamətlərindən biridir.

3. Sümüklərdə ağrılar

Bu zaman sanki sümüklərin içi ağrıyırmış kimi hisslər keçirilir. Sümüklər metastaza həssas orqanlardır. Bu ağrı artritdə də ola bilər, ağciyər problemində də. Ona görə ayaq, bel, çanaq ağrılarında təkcə sümük rentgeni yox, ağciyərləri də yoxlatmaq lazımdır.

4. Döş qəfəsində ağrı

Əgər nəfəs alıb verəndə ağrı hiss edilirsə, mütləq ağciyərlər yoxladılmalıdır. Bəzən bu ağrı ürək ağrısı ilə səhv salınır.

5. Xroniki respirator problemlər

İnsan respirator xəstəliklərə yoluxanda, pnevmoniya olanda bir müddət sonra xəstəlik geri çəkilir, müalicəyə tabe olur. Ağciyər xərçəngində insan bu xəstəliklərə tez-tez yoluxur, amma keçib getmir, aylarla onunla qalır.

6. Sinədə xırıltı, xışıltı

Ağciyərlərdə hava axını dolaşanda daxildən xırıltı səsi gəlir. Bu fit kimi səs həkimi şübhələndirməlidir.

7. Səsin dəyişməsi, boğuqluq

Sağlam ağciyərləri olan insan aydın, təmiz səslə danışır. Amma xərçəngin elə birinci mərhələsində xəstənin səsi dəyişir, səs xırıltılı olur, boğuq tonda danışır. Həkim boğaz, qırtlaq, ağciyərləri tam yoxlamalıdır ki, səsdəki bu dəyişikliyin səbəbini dəqiq tapsın.

8. Xroniki yorğunluq

Artıq onkologiyaya tutulmuş insan əzgin, yorğun, halsız olur. Səhərlər taqətsiz oyanır, bir işin arxasınca getmək istəmir, heç nəyə həvəsi olmur. Yüngül bir iş gördükdə tez yorulur, uzanmaq istəyir. İştahı qaçır. Əvvəlki rejiminin öhdəsindən gələ bilmir. Üstəlik təngnəfəslik yaranır.

9. Mövsüm allergiyaları bitmir

Əslində qəribə əlamətdir. Çünki bu allergiyalardan çox insan əziyyət çəkir. Allergiyalı insan yazda havada çiçək tozlarından zərər çəkir. İmmun sistem dərhal reaksiya verir. Sinuslar dolur, fit kimi küy gəlir. Nəfəs ala bilmir. Əgər bu kimi mövsümi allergiya əlamətləri zamanla itmirsə, azalmırsa, o zaman ağciyərlər üzrə həkimə müraciət etmək lazımdır. Bu zaman daqnozda ağciyər xərçəngini istisna etmək lazımdır.

10. Döş qəfəsinə yaxın limfaların şişməsi

Ümumiyyətlə, xəstənin limfa düyünləri tez-tez şişirsə, bərkiyirsə, ölçüsü böyüyürsə, ətraf orqanlar diqqətlə müayinə olunmalıdır.

Qeyd: Günə 2 qutu və artıq siqaret çəkən istər qadın, istər kişilər ildə bir dəfə ağciyərlərini tam müayinə etdirməlidir. Onların ağciyər xərçənginə yoluxma riski 54% çoxdur. Medicina.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png