ONN İnformasiya Agentliyi

Azərbaycanda film kimi OLAY

Azərbaycanda film kimi OLAY
22 Yanvar 2019 - 12:46

ONN media xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın rəhbərliyi ilə 26 yaşlı qadın üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Mərkəzdən verilən məlumata görə, donor pasiyentin qardaşı olub. Xəstənin həyat yoldaşının donor olmağına razılıq verməsinə baxmayaraq, qadının qardaşı bu istəyə qarşı çıxaraq özü donor olmağa qərar verib.

Rəşad Şolanın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur. Bu ailə isə o nadir ailələrdən biri idi ki, həmin ailənin bütün üzvləri donor olmağa hazır olduqlarını bildirirdilər: “Düşünürəm ki, insanlığın bu canlı nümunəsi təqdirəlayiqdir. Bu ailədən örnək götürülməlidir!”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png