ONN İnformasiya Agentliyi

Dərini cavanlaşdıran və qocaldan məhsullar

Dərini cavanlaşdıran və qocaldan məhsullar
08 Noyabr 2018 - 18:15

Erazmus Universiteti (Hollandiya) alimləri aşkar ediblər ki, qidalanmasında çoxlu meyvə və tərəvəzlər olan qadınlarda 50 yaşdan sonra qırışlar daha az olur.

ONN media xəbər verir ki, araşdırmanın nəticələri Journal of the American Academy of Dermatology jurnalında dərc olunub.

Alimlər 50 yaşdan yuxarı olan 2700 insanın qidalanması haqqında məlumatlar toplayıb. Daha sonra bu insanların üz qırışları müayinə olunub.

Nəticədə məlum olub ki, daha çox meyvə-tərəvəz və balıq istehlak edən qadınlarda qırışların sayı və dərinliyi daha az olub. Maraqlıdır ki, kişilərdə bu əlaqə sezilmir, yəni kişilərin qidalanması qırışların say və dərinliyinə ciddi təsir etmir.

Faydalı məhsullarla yanaşı alimlər dərinin cavalığı üçün ən ziyanlı məhsulları da təyin edib. Belə ki, qırmızı ət, çörək və şirniyyatlardan sui-istifadə edən qadınlarda qırışlar daha çox və dərin olub.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png