ONN İnformasiya Agentliyi

Diabet və ürək xəstələri üçün — Hansı çərəz nəyə faydalıdır?

Diabet və ürək xəstələri üçün — Hansı çərəz nəyə faydalıdır?
16 Mart 2019 - 13:10

Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz.

ONN media bildirir ki, medicina.az insan orqanizmi üçün ən faydalı çərəzləri sizin üçün seçib və faydalarını araşdırıb:

1. Qoz – beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir.

2. Yerfındığı – paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur.

 3. Badam – badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir.

4. Püstə – bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png