ONN İnformasiya Agentliyi

Duzun daha bir zərəri müəyyən edildi

Duzun daha bir zərəri müəyyən edildi
25 Fevral 2019 - 18:41

Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

ONN media xəbər verir ki, bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə deyilir.

Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik dəri xəstəliyi – red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.

Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png