ONN MEDİA

Gündə 2 saat planşetə baxan uşaqlarda…

Gündə 2 saat planşetə baxan uşaqlarda…
23 Aprel 2019 - 8:47

Kanadalı alimlər belə nəticəyə gəlib ki, gün ərzində ard-arda 2 saat planşet, telefon və ya kompüterə baxan uşaqda diqqət əskikliyi sindromu və hiperaktivlik yaranır.

ONN media xəbər verir ki, alimlər 2400 ailəni əhatə edən tədqiqat aparıblar.

Məlum olub ki, hər gün 2 saat telefon və planşetə baxan uşaqlarda hər gün 1 saat qadjetə baxan uşaqlardan fərqli olaraq hiperaktivlik 7 dəfə çox inkişaf edib.

Diqqətini tapşırığa yönəltmək isə 5 dəfə azalıb.

Alimlər bildirir ki, qadjet qarşısında keçən hər dəqiqə uşağın beyninə hətta stress və validyenlər arasındakı münasibətdən də çox təsir edir.

Gündə 2-3 saat telefona baxan 3-5 yaşlı uşaqlarda yuxu keyfiyyəti azalır, fiziki aktivlik aşağı düşür, diqqət dağılır. Eləcə də onun psixikası, beyin inkişafı və gözlərinə gələcəkdə böyük problem yaradır.

Alimlər tövsiyyə edir ki, 2 yaşına kimi uşaqlar qətiyyən qadjetə baxmamalıdır. 2-5 yaşında uşaqlar isə gündə 30 dəqiqəqən artıq istifadə etməməlidir. 30 dəqiqə isə fasilələrlə nəzərdə tutulur. medicina.az


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP