ONN İnformasiya Agentliyi

Meyvə şirələri həyatı qısaldır?

Meyvə şirələri həyatı qısaldır?
23 May 2019 - 3:08

Emori və Kornell Uviversitetlərinin (ABŞ) alimləri təbii meyvə şirələri və qazlı içkilərin (kola, limonad və s.) insan sağlamlığına olan təsirini araşdırıblar.

ONN media xəbər verir ki, alimlər belə nəticəyə gəliblər ki, həm meyvə şirələri, həm də şirin qazlı içkilər orqanizmə eyni dərəcədə mənfi təsir edir, erkən ölümün riskini artırır. Hətta alimlər bəyan ediblər ki, qazlı içkilər bu riski 11%, şirələr isə 24% (!) artırır.

Alimlər bunu meyvə şirələrinin şəkərlə olduqca zəngin olması ilə izah edirlər. Şəkər ürək-damar sisteminə ciddi zərbə vurur, damarlarda iltihab yaradır, aterosklerozun inkişafını sürətləndirir və bununla da ölüm riskini artırır.

Mütəxəssislər qeyd edir ki, əgər insan gün ərzində 150 ml-dən çox şirə içmirsə, bu ziyanlı sayılmır.

Alimlər şirələrdən imtina etməyi və meyvələrə üstünlük verməyi tövsiyə edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png