ONN İnformasiya Agentliyi

Qaraciyər yağlanmasının qarşısını alır – Evdə hazırlayın

Qaraciyər yağlanmasının qarşısını alır – Evdə hazırlayın
11 Yanvar 2019 - 10:50

ONN media Metbuat.az-a istinadla xəbər verir ki, həkim fitoterapevt Sadıq Salami Metbuat.az-a qaraciyər piylənməsinin qarşısını almağın üsullarından danışıb.

Həkim bildirib ki, bunun üçün ilk növbədə pəhrizə diqqət edilməlidir. Yağlı və qızardılmış yeməkdən imtina etmək lazımdır. Şirniyyatı qida rasionundan çıxarıb quru meyvələrlə əvəz etmək olar. Belə xəstələr daha çox hərəkətdə olmalıdırlar.

Fitoterapevt piylənmənin qarşısını alan təbii vasitələri açıqlayıb:

100 qram solmazçiçək, 100 qram dazıotu, 100 qram çobanyastığı, 100 qram tozağacı tumurcuğu qarışdırılır. Bu qarışımdan bir xörək qaşığı axşamdan bir stəkan qaynar su ilə dəmlənir. Səhər süzülür və yarım stəkan səhər acqarına və axşam yatmazdan əvvəl bir çay qaşığı balla içilir.

Digər reseptə görə isə, 50 qram alaqanqal toxumu, 50 qram sarıkök, 50 qram zəncəfil, 50 qram kətan toxumu yarım kilo balla qarışdırılır. Gündə 3 dəfə bir çay qaşığı yeməkdən əvvəl yeyilir. Bu vasitələrdən ən azı bir ay istifadə etmək tövsiyə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png