ONN İnformasiya Agentliyi

Qohum olmayan şəxs də donor ola bilər?

Qohum olmayan şəxs də donor ola bilər?
12 Mart 2019 - 17:35

İnsan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun hazırlanarkən müzakirə edildi ki, donor-respiyentin yalnız qohum olması problemlər yaradır.

ONN media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, hazırki qanunda qohum olmadığı halda donorluğa icazə verilmir:

“Dünya təcrübəsində, xüsusən də Türkiyədə Etika Komissiyasının rəyi əsasında qohum olmayan şəxsin (alqı-satqı vasitəsi də olmamaq şərtilə) könüllü donorluğuna icazə verilir. Kimsə humanist addım atmaq istəyirsə, biuna əngəl olmaq doğru deyil. Donor qohum ola da bilər, olmaya da”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png