ONN İnformasiya Agentliyi

Səhiyyə Nazirliyindən AÇIQLAMA

Səhiyyə Nazirliyindən AÇIQLAMA
17 Yanvar 2019 - 15:23

İndiyədək olan məlumata əsasən, Azərbaycanda güclü küləyin əsməsi nəticəsində xəsarət alan və bununla əlaqədar xəstəxanaya müraciət edən olmayıb.

Bu barədə ONN media-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçiblər. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib:

“Səhiyyə naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png