Saçının tez uzanmasını istəyənlər üçün MASKALAR
Uzun, sağlam və parlaq saçlara sahib olmaq hər kəsin arzusudur.
Ev şəraitində təbii saç maskalarından istifadə etməklə bu arzunuza çata bilərsiniz.
ONN media saglamolun.az-a istinadən saçların xarici görünüşünü yaxşılaşdıran və uzanmasını sürətləndirən effektli saç maskalarının reseptlərini təqdim edir.
Maska 1
– 2 x.q. gənəgərçək yağı
– 3 kapsul "Aevit" (apteklərdə satılır)
Gənəgərçək yağını su hamamında bir az isidin, kapsulları deşib içindəki vitaminləri əlavə edin, qarışdırın, saç köklərinə sürtün. 1 saatdan sonra yuyun.
Maska 2
– 1 x.q. xına
– 1 x.q. basma
– 1 yumurtanın sarısı
– 1 x.q. ayıpəncəsi yağı
Xına və basmanı qarışdırın, isti (qaynar yox) su əlavə edin ki, sıyıq kimi alınsın. İlıq olanda yumurta sarısını və ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Saçınıza çəkin, 1 saatdan sonra yuyun.
Maska3
– 3 x.q. ayıpəncəsi yağı
– 1 ç.q. üyüdülmüş darçın
– 1 ç.q. xardal
Qarışdırın, saçların köklərinə çəkin, 1 saatdan sonra yuyun. Dəridə güclü yanma hissi əmələ gələrsə, saçınızı dərhla yuyun.