ONN İnformasiya Agentliyi

Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa…

Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa…
18 İyun 2019 - 1:05

Tanınmış rusiyalı həkim-qastroenteroloq, sağlam qidalanma haqqında bir sıra kitabların müəllifi Aleksey Paramonov ziyanlı qida vərdişləri haqqında danışıb.

ONN media saglamolun.az -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, yeməkdən dərhal sonra uzanmaq ən ziyanlı vərdişlərdən biridir. Belə vəziyyətdə mədənin möhtəviyyatı mədənin girişində olan sfinkterə təzyiq edir ki, nəticədə mədə turşusu qida borusu və udlağa düşə bilər. Bu isə refleks xəstəliyinin inkişafına səbəb ola bilər. Reflüks xəstəliyinin simptomları: qıcqırma, gəyirmə, qarnın yuxarı hissəsində ağırlıq hissi və həmçinin boğazda xroniki ağrı, keçməyən öskürək, ağızdan pis qoxu.

Digər ziyanlı vərdiş isti yağlı yeməklə birlikdə soyuq içki içməkdir. Bu zaman mədəyə daxil olan yağ bərk aqreqat  halına düşür ki, bu da həzmi pozur və müxtəlif qastroenteroloji pozulmaların inkişafına şərait yaradır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png