ONN İnformasiya Agentliyi

Yeni virusun yayılması ilə bağlı RƏSMİ MƏLUMAT

Yeni virusun yayılması ilə bağlı RƏSMİ MƏLUMAT
13 Fevral 2019 - 11:37

Səhiyyə Nazirliyi Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.

ONN media xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda “koksaki” virusunun yayılması barədə məlumatlar düzgün deyil.

Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halı aşkarlanmayıb.

Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan “koksaki” virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. “Koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png