ONN İnformasiya Agentliyi

Yorğunluq hissi yaradan əsas ərzaqlar – Siyahı

Yorğunluq hissi yaradan əsas ərzaqlar – Siyahı
13 Fevral 2019 - 20:44

Orqanizmi faydalı maddələrlə təmin etmək və enerji almaq, yaxşı əhvalda olmaq üçün qida vacib amildir. Amma bütün qidalar buna xidmət etmir. Bir çox məhsullar var ki, onlar tez bir zamanda zərərli yağlara çevrilərək orqanizmin enerjisini oğurlayır. Bu qidalarla qidalanan zaman insan tez yorulur, gözlərinin altı torbalanır və s.

ONN media  Medicina.az-a istinadən həmin qidaları sizə təqdim edir:

1. Bublik

Bir ədəd orta ölçülü bublik 45 qr və daha artıq rafinə olunmuş və tez bir zamanda şəkərə çevrilən qanda insulin səviyyəsinin artmasına səbəb olan karbohidratlardan ibarətdir. Bu demək olar ki, bir çox xroniki xəstəliyin, həmçinin də ürək və onkoloji xəstəliklərin yaranmasına gətirib çıxarır.

2. Meyvəli sıyıqlar

Uşaqlar üçün olan meyvəli sıyıqlar çox təhlükəlidir. Belə ki onların tərkibində olan dənli bitkilər GMO-dur. Sıyığın tərkibində bundan əlavə olaraq fruktoza, saxaroza və qarğıdalı siropu var. Buna görə də yaxşı olar ki, uşağa hazır deyil, özünüzün evdə hazırladığınız təbii maddələrdən ibarət sıyıq yedirəsiniz.

3. Qazlı içkilər

Qazlı içkilərin tərkibində çox miqdarda şəkər və süni rəngləyicilər var. Məsələn, dietik içkilərin tərkibində olan şəkər əvəzləyicisi aspartam 92 fərqli yan təsirə malikdir. Bunlara, ürəkgetmə, epilepsiya, anadangəlmə ürək qüsurları, emosional pozğunluqlar, baş beyin şişi və s aiddir.

4. Hazır yoqurtlar

Fermentləşdirilmiş yoqurt çox faydalı qidadır. Ancaq hazır yoqurtlar heç bir faydalı xüsusiyyətə malik deyil. Ona görə ki, pasterizasiya prosesi zamanı qidalı maddələr və fermentlər məhv olurlar.

5. Sendviç, burqer və s. qidalar

Çörəyin tərkibində rafinə olunmuş karbohidratlar, kolbasanın tərkibində isə antibiotikli işlənmiş ət, natrium nitrit, natrium qlutamat, qarğıdalı siropu, süni ətirləndiricilər, konservantlar və rəngləyici maddələr mövcuddur.

6. Hazır meyvə şirələri

Hazır meyvə şirələrinin tərkibində rəngləyicilər, dadlandırıcı, fruktoza, qarğıdalı siropu və süni maddələr mövcuddur. Bu şirələrin tərkibində heç bir faydalı maddəyə rast gəlmək mümkün deyil.

7. Kartof çipsləri

Bu qidanın istifadəsi xərçəng xəstəliyinə səbəb ola bilər. Səbəbi tərkibində bol miqdarda trans yağların və kimyəvi maddələrin olmasıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png