Aleynadan qəribə paylaşım

Etdiyi hər hərəkəti ilə gündəmdə olan müğənni Aleyna Tilkinin sosial media paylaşımları böyük maraq doğurur.

ONN media xəbər verir ki, ifaçı bu dəfə “Tvitter”hesabından gül kələminin şəklini paylaşaraq qəribə sözlər yazıb:
 
“Səni çox sevirəm gül kələmi. Səni yediyim üçün çox şanslıyam. Kimsə sənin nə qədər gözəl olduğunu heç düşünməyib. İndi səni yedim və sən torpağın verdiyi o gözəlliyi mənim içimdə yaşadacaqsan”.

İzləyiciləri isə müğənninin paylaşımlarını özündən başqa kimsənin anlamadığı qənaətindədirlər.