ONN İnformasiya Agentliyi

Çingiz geriləməsindən danışdı – “Mənim üçün fərqi yoxdur”

Çingiz geriləməsindən danışdı – “Mənim üçün fərqi yoxdur”
23 May 2019 - 16:43

“Çox qəribə bir şeydir. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir edir”. 

ONN media xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev deyib.  O, “Telesəhər” proqramında qonaq olarkən yarışmada səslərin yenidən hesablanması və 8-ci pilləyə enməsi barədə danışıb:

“40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi. Əsas Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirlər ki, ön sırada olmalıyam. Amma proseslər əksinə gedir. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png