ONN İnformasiya Agentliyi

Deniz Seki azərbaycanlı sənətçidən prokurorluğa şikayət etdi

Deniz Seki azərbaycanlı sənətçidən prokurorluğa şikayət etdi
13 Fevral 2019 - 18:46

Türk sənətçisi Deniz Seki müğənni Səidə Dadaşovadan İstanbul prokurorluğuna şikayət edib.

ONN media xəbər verir ki, buna sənətçinin “Hayat iki bilet” mahnısını Səidənin icazəsiz oxuması səbəb olub.

Seki şikayət ərizəsində mahnısını icazəsiz oxuduğu üçün mənəvi haqlarına təcavüz olunduğunu bildirib.

Müğənni Səidə Dadaşova türkiyəli ifaçı Deniz Sekinin onu mahnıya görə prokurorluğa şikayət etməsi ilə bağlı açıqlama verib. Axşam.az-a danışan ifaçı məsələdən xəbərdar olmadığını söyləyib.

“Qardaş ölkədir prokurorluğa veriblər, canları sağ olsun. Bu haqda heç bir xəbərdarlıq almamışam. İlk dəfə sizin saytdan məlumatı oxudum. Türklər bizim nə qədər mahnımızı oxuyublar, biz heç nə demirik. Hətta Brilliant Dadaşovanın da neçə mahnısını icazəsiz səsləndiriblər. Bəstəni mənimsəyib, mənimdir deməmişəm ki? Mahnının Deniz Sekiyə aid olduğunu vurğulamışam. Başa düşmürəm ki, nə məsələdir” deyə, Səidə bildirib.
Qeyd edək ki, Deniz Seki İstanbul Prokurorluğuna müraciət edərək Səidə Dadaşovanın ona məxsus “Hayat iki bilet” mahnısını icazəsiz oxuduğunu söyləyib. Prokurorluq isə işə xitam verərək, Dənizin iddiasını mənasız hesab edib. (Baku.vs)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png