ONN İnformasiya Agentliyi

Elgizlə Əli Mirəliyev arasında GƏRGİNLİK

Elgizlə Əli Mirəliyev arasında GƏRGİNLİK
14 May 2019 - 21:44

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” proqramının bugünkü qonağı xanəndə Elnarə Abdullayeva olub.

ONN media xəbər verir ki, veriliş zamanı aparıcı Elgiz Əkbər müğənniyə suallar ünvanlayıb. Bu zaman proqramın digər aparıcısı Əli Mirəliyev gah Elnarə əvəzdən cavab vermək istəyib, gah da Elnarənin sözünü kəsib.

Onun bu hərəkəti isə Elgiz Əkbərin ifaçıya irad bildirməsinə zəmin yaradıb.

“Sənə aiddiyəti yoxdur, keç, əyləş yerində. Sənin adın Elnarədi? İmkan ver, sözünü desin” deyə, Əkbər söyləyib.

Əli isə özünü müdafiə edərək, “Oturmuram, ayaq üstdə duracam. Mən də aparıcıyam, haqqım var” sözlərini deyib.

Qeyd edək ki, bir neçə gün öncə Elgiz verilişdə Əli Mirəliyevi “tükü tökülmüş qarğa”ya bənzədib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png