“Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq

Bir neçə saatdan sonra Təl-Əvivdə 64-cü “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda 18-ci nömrə altında çıxış edəcək.

Həmçinin Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniya təmsilçiləri də bu axşam yarışacaq.