ONN MEDİA

“Eurovision”un 10 finalçısı bəlli oldu – Yenilənib

“Eurovision”un 10 finalçısı bəlli oldu – Yenilənib
15 May 2019 - 11:12

ONN media xəbər verir ki, 64-cü “Eurovision” mahnı müsabiqəsi başlayıb.

Təl-Əviv Expo Mərkəzində keçiriləcək yarışmanın birinci yarımfinalında bu axşam 17 ölkə təmsilçisi çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinodur.

***

Səsvermə başa çatıb. 

Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya finala vəsiqə qazandı.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər. 


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP