Hande Erçelə AĞIR İTKİ

Türkiyənin tanınmış aktrisası Hande Erçelə ağır itki üz verib.

ONN media Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkən anası Aylin Erçel dünyasını dəyişib. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.

Xatırldaq ki, Hande Erçel bir müddət əvvəl açıqlamasında anasına donor olacağını demişdi.