ONN İnformasiya Agentliyi

İki günlük fırıldaqçı ərindən boşanan müğənni XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

İki günlük fırıldaqçı ərindən boşanan müğənni XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
19 İyun 2019 - 11:24

ONN media xəbər verir ki, 2 gün evli qaldığı həyat yoldaşı Murad Akınca ilə boşanmağa qərar verən müğənni Zerrin Özerin səhhəti pisləşib.

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib. Zerrin Özerin dünən axşam təzyiqi qalxıb və huşunu itirib.

Müğənninin vəkili Kemal Aslan chr(“39”)chr(“39″)Zerrin böyük bir kədər içindədir. Evdə huşunu itirib, böhran içindədir. Köməkçiləri onu huşunu itirmiş vəziyyətdə tapıb. Təzyiqini aşağı salırlar, ancaq yenidən yüksəlir”, – deyə açıqlama yayıb.

Məlum olub ki, sevgilisinin bir neçə qadının dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini öyrənən müğənni əvvəlcə əri ilə üzləşib. Daha sonra “2-ci Sayfa” verilişinə bağlanaraq Murad Akıncanı ifşa edən qadınlarla danışıb. 2 gün evli qaldığı əri haqqında əsl həqiqəti öyrəndikdən sonra boşanmağa qərar verib. Müğənni “Necə bu qədər saf olmuşam, bu qədər şeyə inanmışam” deyə bildirib.

Zərərçəkən qadınların iddiasına görə, Murat Akınca Mahmut Atalay adı ilə saxta şəxsiyyət vəsiqəsi istifadə edir. Sosial şəbəkə vasitəsilə dostluq qurur. Özünü zəngin və mədəni bir ailənin uşağı kimi tanıtdırır. Bəzən dekorator, bəzən fitnes təlimçisi olduğunu söyləyir.

1000 TL istəyərək işə başlayır, bu rəqəm 400 min TL-yə qədər qalxır. Pullarını geri qaytarmaq istəyən qadınları təhdid və şantaj edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png