ONN İnformasiya Agentliyi

Mədət Quliyev oğlunun klip təqdimatında – VİDEO

Mədət Quliyev oğlunun klip təqdimatında – VİDEO
18 Mart 2019 - 19:30

Bu gün müğənni Nigar Camalın “Get həyatımdan” adlı klipinin təqdimatı olub.

ONN media xəbər verir ki, Orxan Abrahanovun rejissorluq etdiyi ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli də rol alıb. Elə layihənin təqdimatında Mədət Quliyev də iştirak edib.

Murad Quliyev klipin təqdimatından əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb, atasının onu daim dəstəklədiyini bildirib.

Nigar isə layihənin 1 gün ərzində çəkildiyini, özü şəxsən klipdə rol almaq üçün Murada təklif etdiyini qeyd edib. Daha sonra Mədət Quliyev çıxış edib. O, hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən gənclərə baxanda fəxr edirəm. Tam olaraq müstəqil fikri olan gənclərsiz. Sizin hamınızı təbrik edirəm”.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png