ONN İnformasiya Agentliyi

Məşhur qrup BAKI səhnəsində FIRTINA QOPARDI – VİDEO

Məşhur qrup BAKI səhnəsində FIRTINA QOPARDI – VİDEO
24 İyun 2019 - 12:12

Türkiyənin məşhur rok qrupu “Manga Music” Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

ONN media  xəbər verir ki, 22 İyunda “Elektra Hall”da baş tutan konsert inanılmaz anşlaqla keçib. Səhnədə fırtına qoparan rokçuları pərəstişkarları böyük coşğu ilə qarşılayıb. Bakılı dinləyicilərinə unudulmaz musiqi gecəsi yaşadan qrupun demək olar ki, bütün ifalarını hər kəs birağızdan və əzbər oxuyub. Konsertin əvvəlindən başlayan adrenalin sona qədər yüksələn xətlə davam edib.

Pərəstişkar ordusunun sevgi selinə qərq olan qrup bu konsertdən çox təsirləndiklərini bildirib. “15 il sonra ilk dəfə Bakıdaydıq və əsrarəngiz qarşılandıq. Hər şey üçün təşəkkür edirik, Bakı”, -deyə qrup qeyd edib.

Daha sonra qrup üzvləri dünən Türkiyədə keçirilən İstanbul Bələdiyyə seçkilərində səsvermək üçün ölkələrinə yola düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png