ONN İnformasiya Agentliyi

Xəyalədən maşınla bağlı AÇIQLAMA

Xəyalədən maşınla bağlı AÇIQLAMA
11 Yanvar 2019 - 14:51

ONN media xəbər verir ki, ötən gün “Maşın” realiti şousunun qalibi, aktrisa-aparıcı Xəyalə Quliyevaya avtomobilin verilməməsi barədə məlumatlar yayılıb. Dedi-qoduların sürətlə yayılmasına səbəb onun “5-ci element”in kulisində realiti şou əməkdaşına “Hələ maşınımı vermirlər” deməsi olub. 

Həmin video isə təsadüfən çəkilib və sosial şəbəkələrdə paylaşılıb. X. Quliyeva isə mövzu barədə instaqram səhifəsində açıqlama verib. “Maşını qazandım. Bayram günlərinə düşdü, sonra sənədləşməyə görə gecikdi. Özümün isə daha sonra başqa işlərim çıxdı. Bu səbəbdən avtomobili hələ də götürə bilməmişəm. Amma bu o demək deyil ki, maşını mənə verməyəcəklər.  Özümlə əlaqə saxlamadan yalan məlumatlar dərc edirlər. Mən avtomobili götürən kimi şəklini çəkib sizinlə bölüşəcəm. Maşınla bağlı xəbəri məndən gözləyin, səhifələrdən yox”- deyə Xəyalə qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png