ONN MEDİA

Azərbaycanın yeni iqtisadi modeli hazırlanır – Əli Həsənov

Azərbaycanın yeni iqtisadi modeli hazırlanır – Əli Həsənov
14 Aprel 2019 - 22:53

Azərbaycanın yeni iqtisadi modeli hazırlanır.

ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov Xəzər TV-yə müsahibəsində açıqlayıb ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır.

Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Prezidentin köməkçisi sosial islahatlardan da danışıb və bunun davamlı proses olduğunu deyib.

Əli Həsənov əlavə edib ki, yeni sosial-iqtisadi islahat paketi xalq tərəfindən də dəstəklənir. Bunu Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.

Prezidentin köməkçisi anons edib ki, bütün sahələrdə islahatlar davamlı olacaq. Dövlət artan imkanlarını vətəndaşların rifahına yönəldəcək.

Qeyd edək ki, Əli Həsənovun geniş müsahibəsi aprelin 14-ü Xəzər TV-nin “Gündəm” proqramında efirə gedəcək.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP