ONN MEDİA

Bişkekdə Heydər Əliyevin adına park salınacaq

Bişkekdə Heydər Əliyevin adına park salınacaq
09 Yanvar 2019 - 14:02

Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyevin adına park salınacaq.

ONN media oxu.az -a istinadən xəbər verir ki, bununla bağlı paytaxt bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Oktyabrsk rayonunun rəhbəri Renat Aytımbetov və Azərbaycanın Bişkekdəki səfiri Orucov Hidayət Xuduş oğlu parkın salınacağı yeri müzakirə ediblər.

Parkın ümumi sahəsi 5,5 hektar olacaq. Park ərazisində insanların istirahəti üçün hər cür şərait yaradılacaq.

Parkın layihəsi şəhər planlaşdırma şurası tərəfindən təsdiq olunub. 2019-cu ildə Azərbaycan tərəfi layihənin icrasına başlamağı planlaşdırır.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP